Zaqatalada küllü miqdarda narkotik tərkibli bitki məhv edilib

Zaqatalada küllü miqdarda narkotik tərkibli bitki məhv edilib
# 09 iyun 2012 11:11 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda küllü miqdarda narkotik tərkibli bitki məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları Zaqatala rayon ərazisində narkotik tərkibli bitkilərin yerinin aşkar edilərək məhv edilməsi istiqamətində “Xaş-xaş-2012” şərti adı altında əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Aşağı Tala kənd inzibati ərazisinə məxsus “Qıjılı” çölü adlanan torpaq sahəsində 1,1 hektar sahədə ümumi sayı 6100 min ədəd olan, 9 ton 100 kq narkotik tərkibli bitki hesab edilən çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib. Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR