Gürcüstanda Bur tayfalarının köçürülməsi layihəsinin koordinatoru həbs edilib

Gürcüstanda Bur tayfalarının köçürülməsi layihəsinin koordinatoru həbs edilib
# 09 iyun 2012 12:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda Cənubi Afrikadan Bur tayfalarının Gürcüstana köçürülmə layihəsinin koordinatoru Cubu Maruaşvili saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “İveroni” informasiya agentliyi məlumat yayıb. Məlumata görə, o, Cənubi Afrikadan köçən Bur tayfa nümayəndələrindən rüşvət almaqda şübhəli bilinir. Onun burlara torpaq sahəsi ayırmaq üçün 5 min lari rüşvət aldığı xəbəri yayılıb. Saxlanma Bur tayfa nümayəndələrinin şikayətinə əsasən həyata keçirilib. Məlumata görə, C. Maruaşvilinin məhkəməsi iyunun 11-də baş tutacaq.

Xatırladaq ki, Bur tayfaları Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə, eyni zamanda Acarıstan və Kaxetiyaya köçürülüb. Burlar qarğıdalı bitkisi becərməklə məşğuldur. Onlara Qardabani rayonunda min hektar torpaq sahəsi ayrılıb.

Qeyd edək ki, Cənubi Afrika Respublikasından (CAR) burların köçürülməsi bir neçə ildir başlayıb. Köçürülmə layihəsinin koordinatoru Cubu Maruaşvilinin CAR-da Gürcüstanın konsulu təyin olunması planlaşdırılırdı. Araşdırma aparılır. Hazırda o, Qldan həbsxanasında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR