Kür çayında batanlardan daha birinin meyiti tapılıb

Kür çayında batanlardan daha birinin meyiti tapılıb
# 09 iyun 2012 14:11 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Kür çayında batan daha bir şəxsin meyiti tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissəsində, nəzarətsiz ərazidə batan, 1950-ci il təvəllüdlü Eldar Səhəd oğlu Nəcəfovun axtarışları başa çatıb. E. Nəcəfovun cəsədi batdığı yerdən 45 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR