Lənkəranda ağır yol qəzası baş verib, ölən və yaralanan var

Lənkəranda ağır yol qəzası baş verib, ölən və yaralanan var
# 09 iyun 2012 15:05 (UTC +04:00)
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə iyunun 9-da saat 16.00 radələrində Ələt-Astara magistralının 192-ci kilometrliyində - Lənkəranın Ürgə kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Liman şəhər sakini, 1997-ci il təvəllüdlü Səfər Tələt oğlu Səfərlinin idarə etdiyi “Mercedes” markalı, 90 FA 199 dövlət nömrə nişanlı avtomobil qəfildən idarəetməni itirərək yoldakı maneələrə dəyməklə çevrilib. Nəticədə sürücü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildəki sərnişin, Liman şəhər sakini, 1994-cü il təvəllüdlü Kəramət Cəlil oğlu Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR