Narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən sakini həbs edilib

Narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən sakini həbs edilib
# 10 iyun 2012 14:02 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Zaqatala RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində Balakən şəhər sakini, 1965-ci il təvəllüdlü İbrahimov Ələkbər İslam oğlu Zaqatala şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5,4 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, bir ədəd insulin iynə və üzərində “Tropin” yazılmış bir ədəd plastmas qabda maye aşkar edilərək götürülüb. Ələkbər İbrahimov Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı Zaqatala RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR