Azərbaycanda baş verən ağır yol qəzasında biri jurnalist olmaqla, üç nəfər xəsarət alıb - FOTO

Azərbaycanda baş verən ağır yol qəzasında biri jurnalist olmaqla, üç nəfər xəsarət alıb - <font color=red>FOTO</font>
# 11 iyun 2012 06:41 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin regional bölməsindən məlumat verilib.

Qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 119-cu km-də, Zaqatala rayonu ərazisində qeydə alınıb. Zaqatala rayonu Qımır kənd sakini, 1974-cü il təvəllüdlü Musayev Cavanşir Ata oğlunun idarə etdiyi VAZ 2106 markalı, 62 BF 855 dövlət nömrə nişanlı avtomobillə, Zaqatala rayonu Muxax kənd sakini, 1980-ci il təvəllüdlü Osmanov İlham Məmmədcan oğlunun idarə etdiyi VAZ 21099 markalı, 61 BD 648 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Toqquşmadan sonra İlham Osmanovun idarə etdiyi avtomobil yolun kənarına aşıb. Baş vermiş qəza nəticəsində hər iki avtomobilin sürücüsü və İlham Osmanovun avtomobilində olan sərnişin, 1983-cü il təvəllüdlü, Zaqatala rayonu Muxax kənd sakini Mollaçıyev Abdurahman İsmayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, yol qəzası zamanı xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin regional bölməsində araşdırma aparılır.

Qeyd edək ki, yol qəzası zamanı xəsarət alan Abdurahman Mollaçıyev Şəkidə fəaliyyət göstərən “Kanal-S” regional televiziyasının aparıcısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR