Azərbaycanda avtomobil dərəyə düşüb, yaralananlar var

Azərbaycanda avtomobil dərəyə düşüb, yaralananlar var
# 11 iyun 2012 08:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda avtomobil dərəyə yuvarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonunda, Bakı-Quba yolunun 62-ci kilometrliyində “Toyota” markalı minik avtomobilinin dərəyə düşməsi barədə məlumat daxil olub. Nəticədə sürücü və sərnişin xəsarət alıblar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində yaralılara ilkin tibbi yardım göstərib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR