“Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ilkin mərhələsi başa çatır

“Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin ilkin mərhələsi başa çatır
# 11 iyun 2012 09:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hökumətinin Avropa Birliyi və BMT İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” (SCİBM) layihəsinin ilkin mərhələsi başa çatır. Bu barədə APA-ya BMT İnkişaf Proqramının Bakı ofisindən məlumat verilib.

Layihə çərçivəsində 2020-ci ilədək “Ölkənin İnkişaf Strategiyasını” əks etdirən sənədə sərhəd idarəetməsində milli təhlükəsizliyi gücləndirmək üçün ayrıca xüsusi komponent daxil edilib. Həmçinin Milli Sərhəd Təhlükəsizlik Konsepsiyasının hazırlanması işini həyata keçirərək xüsusi Dövlət Komissiyasının təsis olunması istiqamətində işlər aparılmaqdadır. Bundan başqa, layihə bu sahədə qanunvericilikdə dəyişikliyi nəzərdə tutan sərhəd idarəçiliyini daha da təkmilləşdirmək məqsədi ilə Sərhəd Məcəlləsinin hazırlanmasına təşəbbüs göstərilib.

Bununla yanaşı, layihə tərəfindən elektron-viza sisteminin tətbiqi, ikitərəfli sazişlərin təkmilləşdirilməsi bilik və potensialın inkişaf etdirilməsi, habelə tərəfdaş təşkilatların (DGK, DSX) fəaliyyətini gücləndirmək məqsədilə avadanlıqlarla təchizat işlərinə davamlı dəstək göstərilib. Layihənin İdarəetmə Komitəsinin əvvəlcədən təşkil etdiyi İş Planına uyğun olaraq görülmüş işlərin monitorinqi, bütövlükdə sərhəd, idarəçiliyi sahəsində görülmüş işlərin qiymətləndirilməsinə dair ölkə hesabatı hazırlanacaq. Bu məqsədlə layihənin tərəfdaşı İCMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) ekspertlər qrupu Azərbaycana səfər edib.

İyunun 11-dən 15-dək davam edəcək səfərdə ekspertlər qrupunun aidiyyəti dövlət qurumlarında (XİN, DGK, DSX, DMX) habelə Avropa Birliyi və ona üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə əsasən Sərhəd İdarəetməsinin Avropa modellərinin və standartlarının Azərbaycanda tətbiqinə əlavə dəstəyin verilməsi, xüsusi olaraq, Gürcüstanla sərhədlər arası əməkdaşlığın gücləndirilməsinə davamlı səylərin göstərilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfərin yekunu olaraq ölkə hesabatı hazırlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR