Prokuror İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbirinə cəza istəyib

Prokuror İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbirinə cəza istəyib
# 11 iyun 2012 10:59 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Binəqədi rayon Məhkəməsində İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsinə əsasən, ittiham olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR