Bolqarıstanlı rejissor Lənkəran teatrında Molyerin “Mizantrop” komediyasını tamaşaya hazırlayır

Bolqarıstanlı rejissor Lənkəran teatrında Molyerin “Mizantrop” komediyasını tamaşaya hazırlayır
# 11 iyun 2012 12:12 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bolqarıstanın Sofiya şəhərinin “Provakator” Teatrının bədii rəhbəri və rejissoru Xristo Stoyçev Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında məşhur fransız dramaturqu Jan Batist Molyerin “Mizantrop” komediyasını dövlət sifarişi ilə yeni quruluşda tamaşaya hazırlayır. APA-nın Cənub bürosunun məlumatına görə, cəmiyyətin naqisliklərini, o cümlədən yalançılığı, ikiüzlülüyü ciddi ifşa edən bu səhnə əsərində baş qəhrəman Alsesti respublikanın əməkdar artisti Təvəkkül Əliyev ifa edir. Digər rollarda respublikanın xalq artisti Böyükxanım Əliyeva, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Əlibala Əsgərov, Miraslan Ağayev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova , Əbülfəz Axundov çıxış edirlər. Premyerası iyunun ortaları üçün nəzərdə tutulmuş bu tamaşanın bəstəkarı Sərdar Fərəcov, quruluşçu rəssamı isə Olqa Bosevadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR