Azərbaycanda daha bir sərnişin avtobusunda yanğın olub, ölən var

Azərbaycanda daha bir sərnişin avtobusunda yanğın olub, ölən var
# 11 iyun 2012 13:27 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Göygöl rayonu, Çaylı kəndində (rayon mərkəzindən 22 km aralı) qeydə alınıb. “PAZ” markalı sərnişin avtobusunda baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, o cümlədən yaxınlıqda olan qaz balonlarını təhlükəsiz əraziyə köçürüblər. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin - 1938-ci il təvəllüdlü Yaşar Rzaqulu oğlu Abbasov pəncərədən atılaraq xəsarət alıb və o, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Sürücü və qalan sərnişinlər avtobusu vaxtında tərk ediblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan-Bakı marşrutu ilə işləyən avtobusda da yanğın olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR