Azərbaycanda Rusiya vətəndaşlarını daşıyan mikroavtobusla “KamAZ” toqquşub, dörd nəfər yaralanıb

Azərbaycanda Rusiya vətəndaşlarını daşıyan mikroavtobusla “KamAZ” toqquşub, dörd nəfər yaralanıb
# 12 iyun 2012 06:48 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisə şahidlərinin sözlərinə görə, içərisində Rusiya vətəndaşlarının olduğu E114 BO 05 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobus yüksək sürətlə hərəkətdə olarkən döngədə “KamAZ”-a çırpılıb.

Qəza bir müddət öncə yararsız vəziyyətə düşdüyü üçün bağlanan Qaraçay üzərindəki körpünün yaxınlığındakı alternativ yolda baş verib.
Hadisə zamanı 90 LZ 565 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük avtomobilinin sürücüsü Zakir Allahverdiyev xəsarət almayıb.

Mikroavtobusda olan dörd Rusiya vətəndaşının qadınlar olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR