Şəkidə 6 hektar biçilmiş taxıl sahəsi yanıb

Şəkidə 6 hektar biçilmiş taxıl sahəsi yanıb
# 12 iyun 2012 06:53 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda biçilmiş taxıl sahəsi yanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Yanğın Şəki rayonu, Şəki kəndində vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində baş verib. Hadisə yerinə YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisə nəticəsində 6 hektar sahə yanıb. Yanğının genişlənərək yaxınlıqdakı biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb.

Faktla bağlı Şəki rayon YMH-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR