Ombudsman Aparatının əməkdaşları 5 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları 5 saylı cəzaçəkmə  müəssisəsinə başçəkmə həyata keçiriblər
# 12 iyun 2012 07:34 (UTC +04:00)
Bakı-APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupu tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) uzunmüddətli başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəssisə rəhbərliyi tərəfindən MPM qrupu üçün lazımi şərait yaradılıb. Başçəkmə zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilmiş, saxlanılma şəraiti və məhkumlara qarşı rəftar araşdırılıb.

MPM Qrupu həmin müəssisəyə hələ 2011-ci ilin may ayında keçirdiyi başçəkmə zamanı verilmiş bir sıra tövsiyələri də nəzərə almaqla, Ədliyyə Nazirliyinin tapşırığı ilə bu müəssisədə görülmüş işləri müsbət qiymətləndirib.
Məhkumların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb, həmçinin yataqxanalara plastik pəncərələr qoyulub, karantin otağı təmir edilib. Cərimə təcridxanasında isə təmir işləri hazırda davam etdirilir. Bundan əlavə, elektrik xətləri tam dəyişdirilmiş, içməli su anbarına təmizləyici filtr quraşdırılıb.

Müəssisədə təklikdə qəbul edilmiş 30-dək məhkum, o cümlədən cərimə təcridxanasındakı 7 şəxs saxlanılma şəraitindən və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Eyni zamanda qeyd olunub ki, tibb hissəsindəki şərait MPM qrupunu qane etməyib.

Ombudsman başçəkmənin nəticələri ilə bağlı ədliyyə nazirinə məktubla müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR