Vəkil: “Orxan Kərimovun ürəyinin tac damarlarında 97 faiz tutulma müəyyən olunub”

Vəkil: “Orxan Kərimovun ürəyinin tac damarlarında 97 faiz tutulma müəyyən olunub”
# 12 iyun 2012 13:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimovun vəkili Ramiz Məmmədov və anası Elza Kərimova bu gün mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən R. Məmmədov O. Kərimovun ötən il iyunun 6-da işdə olan zaman özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları kimi təqdim edən 4 nəfər tərəfindən saxlanıldığını deyib: “O, saxlanılan zaman səhhəti pisləşib. Dindirmə zamanı isə yanında vəkil olmayıb. Dəfələrlə onun həbsinin müddəti uzadılıb. O. Kərimov 2009-cu ildə ürəyindən əməliyyat olunub. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Orxan Kərimovda ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, III funksional sinir və digər xəstəliklər mövcuddur. O, sadalanan xəstəliklərdən əziyyət çəkir və müalicəyə ehtiyacı var. Lakin nə saxlandığı təcridxanada , nə də müalicə müəssisəsində müalicə üçün şərait yoxdur. Ürəyində əməliyyat aparılması üçün dəfələrlə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət versək də, təmin olunmayıb. Bu il mayın 14-də Orxan Kərimovun koronar angioqrafiya müayinəsi təşkil olunub. Nəticədə ürəyin tac damarlarının 97 faizinin tutulması müəyyən olunub”.

R. Məmmədov O. Kərimova saxta ittihamlar elan edildiyini, onun işlədiyi şöbənin tələbə köçürülmələrinə aidiyyətinin olmadığını deyib.

O. Kərimovun anası E. Kərimova isə oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsinin vacib olduğunu bildirib: “Oğlumun hər dəqiqəsi qiymətlidir. Jurnalistlərdən xahiş edirəm mənə kömək etsinlər. Bütün instansiyalara müraciət etmişəm. Lakin xeyri olmayıb. Müraciət etdiyim məmurların çox Əli Kərimi tanımırlar. Orxan Kərimova şər atıblar. Onun heç bir günahı yoxdur”.

Qeyd edək ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

O. Kərimov şair Əli Kərimin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR