Ötən həftə Azərbaycanda qanunvericiliyin tələblərini pozmuş 360 əcnəbi saxlanılıb

Ötən həftə Azərbaycanda qanunvericiliyin tələblərini pozmuş 360 əcnəbi saxlanılıb
# 12 iyun 2012 14:07 (UTC +04:00)
Bu barədə APA-ya DMX-dən daxil olan məlumatda bildirilib. Məlumata görə, xidmət əməkdaşları tərəfindən ötən həftə ərzində Bakı şəhərində aparılan yoxlamalar nəticəsində ümumilikdə 360 əcnəbi saxlanılıb. Belə ki, 4-9 iyun 2012-ci il tarixlərdə xidmət tərəfindən ölkənin paytaxtında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 360 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul olunub.
DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında intensiv tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR