Kürdəmirdə 3 avtomobil toqquşub, ana ölüb, iki azyaşlı övladı yaralanıb

Kürdəmirdə 3 avtomobil toqquşub, ana ölüb, iki azyaşlı övladı yaralanıb
# 13 iyun 2012 09:56 (UTC +04:00)
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 12-də saat 18.30 radələrində qeydə alınıb. Kürdəmir rayonu ərazisində, Bakı şəhər sakini Ziya Şıxəliyevin idarə etdiyi "Honda CRV" və rayonuna sakini Cabbar Hüseynovun idarə etdiyi "SHACMAN" markalı avtomaşınlar toqquşub. Sonradan "Honda CRV" markalı avtomaşın qarşı istiqamətdən gələn Ucar rayon sakini Əliqulu Həsənov tərəfindən idarə edilən "Mercedes" markalı avtomaşına dəyib və aşıb. Nəticədə Z.Şıxəliyevin sərnişini – həyat yoldaşı Vüsalə hadisə yerində ölüb, iki azyaşlı qızları isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR