Bakıda İrana məxsus gəmi yanır

Bakıda İrana məxsus gəmi yanır
# 13 iyun 2012 10:08 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus “Niloufar Abi” gəmisinin yük hissəsində “Baku Steel Company” MMC üçün gətirilmiş, təxminən, 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kv.m sahədə yanır.

Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Söndürülmə işləri davam edir. Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün tədbirlər görülür.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR