FHN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb

FHN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb
# 13 iyun 2012 10:15 (UTC +04:00)
Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda avtomobilin yük qatarı ilə toqquşması nəticəsində baş verən yol qəzası barədə məlumat açıqlayıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “Toyota” markalı minik avtomobili dəmir yolu keçidində hərəkətdə olan yük qatarına çırpılıb. Nəticədə, sürücü - 1986-cı il təvəllüdlü Elvin Elman oğlu Şiriyev hadisə yerində dünyasını dəyişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E. Nuriyevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR