Hüquq müdafiəçiləri polis tərəfindən saxlanılan fotoreportyor Mehman Hüseynovla görüşüblər

Hüquq müdafiəçiləri polis tərəfindən saxlanılan fotoreportyor Mehman Hüseynovla görüşüblər
# 13 iyun 2012 10:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov hüquq müdafiəçiləri Elçin Şirinov və Süleyman Süleymanovla birlikdə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. E. Behbudov APA-ya açıqlamasında orada saxlanılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnistutunun (RATİ) fotoreportyoru Mehman Hüseynovla görüşdüklərini deyib: “Mehman Hüseynovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”.

Qeyd edək ki, M. Hüseynov iyunun 12-də Səbayel rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşını təhqir etməkdə günahlandırılan M. Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR