Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı binada baş verən güclü yanğın söndürülüb, xəsarət alanlar var - FOTOSESSİYA - YENİLƏNİB

Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı binada baş verən güclü yanğın söndürülüb, xəsarət alanlar var - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB</font>
# 13 iyun 2012 10:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli, Kəmalə Quliyeva – APA. Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən güclü yanğın söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsinə FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin 20-yə yaxın briqadası və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov də hadisə yerinə gəlib.

Hazırda FHN əməkdaşları yanğının baş vermə səbəblərini araşdırırlar.


***
12.43

Bakının Binəqədi rayonu ərazisində qaçqınların məskunlaşdığı binada güclü yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın rayonun 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. İki saylı çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, ilkin olaraq yanğın baş verən yerdən 24 yaşlı Hüseynova soyadlı qadın xəsarət almış halda çıxarılıb.

Həkimlər onu dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparıblar.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Zemfira Vahidova isə APA-ya bildirib ki, hazırda təcili yardım briqadaları hadisə yerindədir. İlkin məlumata görə, 2 nəfər natamam tüstü məhsulları ilə zəhərlənməyə görə 1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinə aparılıb. 1 nəfər hamilə qadının isə vəziyyəti pisləşdiyindən o, Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

1 saylı Kliniki Xəstəxananın toksikologiya şöbəsinin şöbə müdiri Azər Maqsudov isə APA-ya deyib ki, xəstəxanaya 3 nəfər gətirilib: “Onlar 24 yaşlı Qalib Hüseynov, Hümbət Bayramov və Tovuz Bayramovadır. Xəstələrin huşu aydındır, onlara ilkin tibbi yardım göstərilib, əlavə narahatlıqları yoxdur. Məsləhət verib evə buraxacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR