Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğının söndürülməsinə 2 helikopter, 20-dən çox yanğınsöndürən maşın, 150-dən artıq canlı qüvvə cəlb olunub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğının söndürülməsinə 2 helikopter, 20-dən çox yanğınsöndürən maşın, 150-dən artıq canlı qüvvə cəlb olunub
# 13 iyun 2012 11:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən güclü yanğının mənbələri tam söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini deyib ki, nazirliyə yanğın hadisəsi barədə məlumat daxil olan kimi, əraziyə təcili olaraq yanğınsöndürənlər cəlb olunub, tədbirlərə başlanıb, binada olan sakinlər təxliyə olunub. Etibar Mirzəyev xəsarət alan şəxslərə lazım olan tibbi yardım göstərildiyini qeyd edib.

Nazir müavininin sözlərinə görə, ərazidə çoxsaylı kiçik tikintilər olduğundan texnika yanğın baş verən əraziyə yetərincə yaxınlaşa bilməyib. Ona görə də yanğın söndürülməsində problem yaranıb. Eyni zamanda binada qaz balonlarının olması təhlükə yaradıb: “Amma artıq biz yanğın mənbələri sayılan yerlərdə yanğının söndürülməsinə nail olmuşuq”.

Nazir müavini hazırda yanğının baş vermə səbəbləri barədə təhqiqatçılar tərəfindən araşdırılma aparıldığını deyib.

E. Mirzəyev yanğının təxminən 1000 kvadratmetrə qədər ərazini əhatə etdiyini açıqlayıb.

Qeyd edək ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən artıq canlı qüvvəsi, 20-dən çox yanğınsöndürən maşın cəlb olunub. Eyni zamanda 2 yanğınsöndürən helikopter ehtiyat tədbirləri görülməsi üçün havada saxlanılıb, lakin onların xidmətindən istifadə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR