Ombudsman Aparatının əməkdaşı həbsdə olan fotoreportyorla görüşüb

Ombudsman Aparatının əməkdaşı həbsdə olan fotoreportyorla görüşüb
# 13 iyun 2012 13:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşı Səbayel rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparatın əməkdaşı orada saxlanılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) fotoreportyoru Mehman Hüseynovla görüşüb, onun saxlanma şəraitini araşdırıb, bədəninə baxış keçirib, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işinin başlandığı müəyyən edilib.

M. Hüseynov saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı rəftardan narazılığını bildirməyib, hər hansı kobudluğa yol verilmədiyini, vəkillə təmin edildiyini deyib, eyni zamanda saxlanmanın əsassız olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR