Salyan sakini tanışını odlu silahla yaralayıb

Salyan sakini tanışını odlu silahla yaralayıb
# 13 iyun 2012 15:00 (UTC +04:00)
Rayon prokurorunun böyük köməkçisi Ceyhun Quliyevin APA-ya verdiyi məlumata görə, Qızılağac kənd sakini Nemət Məlikov tanışı Mərdan Əkbərovu ov tüfəngindən atəş açaraq yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR