Daxili İşlər Nazirliyi vakant yerlərlə əlaqədar müsabiqə elan edib

Daxili İşlər Nazirliyi vakant yerlərlə əlaqədar müsabiqə elan edib
# 13 iyun 2012 15:12 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin orqan və hissələrinin, Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin və ərazi polis orqanların post-patrul və yol-patrul xidmətləri üzrə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumilikdə 291 yeri tutmaq məqsədilə keçirilən müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən yuxarı olan normal bədən kütlə indeksli (20-27), düzgün bədən quruluşlu və idman cüssəli, tam orta və ya orta ixtisas və ya ali təhsilli (YPX inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi olan) və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə zamanı kompüterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük verilir.
Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan, vakant olan vəzifələrə müsabiqə elan olunmuş orqanların yerləşdiyi və ona qonşu ərazilərdə qeydiyyatda olan şəxslər həmin polis orqanına ərizə ilə müraciət edərək bu sənədləri- şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Müsabiqə iki mərhələdə keçiriləcəkdir. Test imtahanları və müsahibə. Test imtahanının müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaqdır.

Müsabiqədə iştirak etmək üçün sənədlər 2012-ci il iyun ayının 11-dən iyul ayının 11-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10.00-dan 17.00-dək vakant olan vəzifələrə müsabiqə elan olunmuş polis orqanlarında qəbul olunur. Əlavə məlumat almaq üçün DİN-in Nəqliyyatda Baş Polis İdarəsinə (012) 499-45-97, Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinə isə (012) 510-72-90 nömrəli telefonlarla zəng etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR