FHN Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb

FHN Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb
# 13 iyun 2012 15:21 (UTC +04:00)
APA-nın nazirliyin saytına istindən verdiyi məlumatda bildirilir ki, Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış doqquzmərtəbəli, hər mərtəbənin ümumi sahəsi 3000 kvadratmetr olan binanın 6-cı mərtəbəsində 150 kvadrat metr, 7-ci mərtəbəsində 1250 kvadrat metr, 8-ci mərtəbəsində 1000 kvadrat metr və 9-cu mərtəbəsində 200 kvadrat metr sahədə (ümumi 2600 kvadrat metr) arakəsmələri taxta, plastik və kağız-karton lövhələrdən ibarət mənzillərin yanar konstruksiyaları yanıb. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyə olunub, 11 nəfər, o cümlədən 3 azyaşlı uşaq xilas edilib.

Xilasetmə işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən aparılıb. 5 nəfərə narahatçılıq hiss etdiyi üçün ilkin tibbi yardım göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR