Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib
# 13 iyun 2012 15:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən məlumatına görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan ikiotaqlı mənzildə 18 kvadratmetr sahədə ev əşyaları yanıb. Mənzilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR