"İnsan hüquqları standartlarının səmərəli yerinə yetirilməsi kontekstində qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda beynəlxalq simpozium keçirilib

"İnsan hüquqları standartlarının səmərəli yerinə yetirilməsi kontekstində qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda beynəlxalq simpozium keçirilib
# 13 iyun 2012 15:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İstanbulda "İnsan hüquqları standartlarının səmərəli yerinə yetirilməsi kontekstində qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda beynəlxalq simpozium keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 dövlətdən 240-dək nümayəndənin iştirak etdiyi tədbirdə qadınlara qarşı zorakılığın konseptual və sosioloji aspektləri, bu kimi halların hüquqi tənzimlənməsinin hazırkı vəziyyəti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qadınlara qarşı zorakılıqla mübarizə sahəsində presedent hüququ və bir sıra digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Simpoziumda Azərbaycanı Baş prokurorun köməkçisi Günay İsmayılova təmsil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR