Lənkəranda çay evindən oğurluq olub

Lənkəranda çay evindən oğurluq olub
# 13 iyun 2012 15:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin dəmiryol vağzalının yaxınlığındakı “Mayak” çay evində qeydə alınıb. Oğrular obyektin pəncərəsindən daxil olaraq, oradan ümumi məbləği 2 min manat təşkil edən ən dəyərli əşyaları aparıblar.
Hazırda faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır və çay evindən oğurluq etmiş şəxslərin müəyyənləşdirilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri görülür.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR