RATİ-nin fotoreportyoru sərbəst buraxılıb

RATİ-nin fotoreportyoru sərbəst buraxılıb
# 13 iyun 2012 21:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün Səbayel rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Polis M. Hüseynovdan cinayət işinin istintaqının davam etdiyi müddətdə başqa yerə getməmək barədə iltizam alıb və o, sərbəst buraxılıb.

Qeyd edək ki, iyunun 12-də polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

M. Hüseynov polis əməkdaşına güc tətbiq etməkdə və ictimai yerdə polisin nüfuzuna xələl gətirəcək təhqiramiz ifadələr işlətməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR