Qax rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul şəxs həbs edilib

Qax rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul şəxs həbs edilib
# 14 iyun 2012 06:55 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul Balakən rayon sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Qax RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində 1989-cu il təvəllüdlü, Balakən rayonu Mahmalar kənd sakini Qaçayev Ömər Sergey oğlu Qax şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ö. Qaçayev Qax RPŞ-nin əməkdaşları tərəfindən həbs edilib. Faktla bağlı Qax RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR