Şəki rayonunda küllü miqdarda narkotik tərkibli bitki məhv edilib

Şəki rayonunda küllü miqdarda narkotik tərkibli bitki məhv edilib
# 14 iyun 2012 07:56 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda küllü miqdarda narkotik tərkibli bitki məhv edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon (şəhər) Polis Şöbəsinin (RŞPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, Şəki RŞPŞ-nin əməkdaşları Şəki rayon ərazisində narkotik tərkibli bitkilərin yerinin aşkar edilərək məhv edilməsi istiqamətində “Xaş-xaş-2012” şərti adı altında əməliyyat tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Aşağı Daşağıl kənd inzibati ərazisinə məxsus 4 hektar sahədə ümumi sayı 118 min ədəd olan 11 ton 300 kq narkotik tərkibli bitki hesab edilən çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib. Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR