FHN Göygöl rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

FHN Göygöl rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb
# 14 iyun 2012 10:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) ötən gün Göygöl rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istindən verdiyi məlumata məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda Gəncə-Qazax avtomobil yolunun 11-ci kilometrliyində “Hyundai” markalı yük avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü və sərnişini yaralanıb, mikroavtobusun sürücüsü - 1979-cu il təvəllüdlü Ramin Ələddin oğlu İsmayılov və 3 nəfər sərnişini - 1959-cu il təvəllüdlü Valeh Hümbət oğlu Əbdürrəhmanov, 1959-cu il təvəllüdlü Muradəli Mirzə oğlu Nuriyev və 1950-ci il təvəllüdlü Vüqar Qiyas oğlu Qəmbərov ölüb, 3 nəfər sərnişini yaralanıb. Xilasedicilər yaralıları və cəsədləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR