Məhkəmə rüşvətxorluqda təqsirləndirilən polis mayorunun cəzasını yüngülləşdirib

Məhkəmə rüşvətxorluqda təqsirləndirilən polis mayorunun cəzasını yüngülləşdirib
# 14 iyun 2012 14:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən polis mayoru Toğrul Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, T. Hüseynovun barəsindəki hökm dəyişdirilib. Onun barəsində olan 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Qeyd edək ki, 2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək yaşadığı ünvanda iki mərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR