Şəkidə 76 yaşlı kişi intihar edib

Şəkidə 76 yaşlı kişi intihar edib
# 15 iyun 2012 06:41 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən (RŞPİ) məlumat verilib.

Hadisə iyunun 14-dən 15-ə keçən gecə rayonun Bideyiz kəndində qeydə alınıb. Şəki rayon Bideyiz kənd sakini, 1936-cı il təvəllüdlü İsayev Dəmir İsmayıl oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

RŞPŞ-dən bildirilib ki, 76 yaşlı Dəmir İsayev tez-tez ailəsi ilə söhbət zamanı “75 yaşdan sonrakı ömrün ömür olmadığını” vurğulayırmış.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR