38 yaşlı kişi Xəzərdə batıb

38 yaşlı kişi Xəzərdə batıb
# 15 iyun 2012 07:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 38 yaşlı kişi Xəzərdə çimərkən batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə 1974-cü il təvəllüdlü Elxan Ağamolla oğlu Quliyevin Qaradağ rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batması barədə məlumat daxil olub.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlanıb.

E. Quliyevin cəsədi dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR