Siyəzəndə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb

Siyəzəndə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb
# 15 iyun 2012 11:10 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayonu Kiçik Həmyə kənd sakini, 30 yaşlı Cəsarət Məmmədovun idarə etdiyi 42 BG 137 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili Siyəzəndən Bakı istiqamətində hərəkət edərkən yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və maşındakı 4 sərnişin ağır xəsarət alıb. Onlar təcili Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.
Sürücü və digər yaralılar - Siyəzən rayon Kiçik Həmyə kənd sakinləri, 23 yaşlı Seyidağa Ağayev, 22 yaşlı Bəhlul Əkbərov və Siyəzən şəhər sakini, 22 yaşlı Məmmədbağır Niftəliyev ilkin yardımdan sonra evə buraxılıblar.
Kiçik Həmyə kənd sakini, 21 yaşlı Təhməz Hümbətovun vəziyyəti isə ağır olduğundan o, paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Onun bel nahiyəsindən ağır zədə aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR