Azərbaycanda beton pilləkənin uçması nəticəsində dağıntılar altında qalan 32 yaşlı qadın ölüb

Azərbaycanda beton pilləkənin uçması nəticəsində dağıntılar altında qalan 32 yaşlı qadın ölüb
# 15 iyun 2012 12:06 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istindən məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda fərdi evdə beton pilləkənin uçması nəticəsində 1 nəfər dağıntıların altında qalıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beton pilləkənin dağıntıları arasında sıxılmış və huşsuz vəziyyətdə qalmış, 1980-ci il təvəllüdlü Cəfərova Rübabə Zamiq qızını çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı R. Cəfərovanın vəfat etdiyi müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR