Azərbaycanın Yardımlı rayonunda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Azərbaycanın Yardımlı rayonunda külli miqdarda narkotik tərkibli bitki məhv edilib
# 15 iyun 2012 12:08 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev - APA. Ötən gün Azərbaycanın Yardımlı rayonunda yabanı halda bitən narkotik xassəli bitki sahələrini aşkarlamaq məqsədilə “Xaşxaş - 2012” adı altında əməliyyat-axtarış tədbirləri keçirilib.

APA-nın Cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə rayonun Dəvəboynu deyilən dağlıq ərazisində keçirilən tədbir zamanı yabanı halda bitmiş ümumi çəkisi 23 ton 800 kq 51 min ədəd çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR