Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib
# 16 iyun 2012 07:21 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Yol qəzası dünən 20:50 radələrində Balakən rayonu Katex kəndi ərazisində baş verib. 1967-ci il təvəllüdlü, Balakən rayonu Katex kənd sakini Mikanayev Qışeyn Zahid oğlu idarə etdiyi dövlət nişan nömrəsi olmayan, “İJ-Yupiter” markalı motosikletlə Katex kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Qışeyn Mikanayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Balakən RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR