Şəkidə biçilmiş taxıl sahəsi yanıb

Şəkidə biçilmiş taxıl sahəsi yanıb
# 16 iyun 2012 08:49 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki rayonunda biçilmiş taxıl sahəsi yanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Yanğın Şəki rayonu, Turan qəsəbəsi vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində baş verib. Hadisə yerinə YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisə nəticəsində 2 hektar biçilmiş taxıl sahəsi yanıb. Yanğının genişlənərək yaxınlıqdakı biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı Şəki rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR