Bakıda doqquzmərtəbəli binada yanğın baş verib

Bakıda doqquzmərtəbəli binada yanğın baş verib
# 16 iyun 2012 08:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Suraxanı rayonunda yerləşən doqquzmərtəbəli binada yanğın baş verib. APA-nın Fövqəladə Hallar nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bu barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın baş verib. Nazirliyin xilasediciləri binadakı 15 yaşayış evindən 25 nəfərin çıxarılaraq təhlükəsiz əraziyə uzaqlaşdırılmasını, həmçinin hadisə yerinə kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin edib. Yanğın söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR