Xəzərdə beş nəfər suda boğulmaqdan xilas edilib

Xəzərdə beş nəfər suda boğulmaqdan xilas edilib
# 16 iyun 2012 09:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri 5 nəfəri suda boğulmaqdan xilas edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisələrdən biri Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə, nəzarətsiz ərazidə (“Nardaran-1” sularda xilasetmə məntəqəsinin ərazisindən 3000 m. solda) baş verib. Burada 1988-cı il təvəllüdlü şəxs çimərkən batmaq təhlükəsi ilə üzləşib və xilas edilib.
Digər xilas edilənlərin təvəllüdləri 1992, 1993, 1994 və 1996-cı ildir. Onlardan üç nəfəri dənizin Xəzər rayonu hissəsində, bir nəfəri isə Sumqayıt şəhəri ərazisində batarkən xilas olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR