Sabah Azərbaycan paytaxtında “Formula-1” nümunəvi avtoyürüşləri keçiriləcək

Sabah Azərbaycan paytaxtında “Formula-1” nümunəvi avtoyürüşləri keçiriləcək
# 16 iyun 2012 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. İyunun 17-də Bakı şəhərinin mərkəzi küçələrinin birində «Formula-1» avtoyürüşləri keçiriləcək.

«APA-Economics»in yarış təşkilatçılarına istinadən verdiyi məlumata görə, iyunun 17-də Bakıda ilk dəfə olaraq «Formula-1»in hazırkı çempionu «Red Bull Racing» komandasının RB7 bolidi nümunəvi avtoyürüşlər keçirəcək. Avtoyürüşlər Neftçilər prospektində, improvizasiya olunmuş yarış trasında baş tutacaq. Yarış bolidini ən məşhur avtoyürüşçülərdən biri, «Formula-1»in əfsanəsi və «Red Bull Racing» komandasının üzvü Devid Kulthard (David Coulthard) idarə edəcək.

Qeyd edək ki, Devid Kulthard bundan öncə «Formula-1»də iştirak edən «Williams» və «McLaren» komandalarının üzvü olub. Adrian Nyuinin bolidlərində Devid Kulthard 13 qran-pri qalibi olub, 62 dəfə podiuma qalxıb.

Xatırladaq ki, RB7 – «Formula-1» 2011-ci il mövsümü üçün AdrianNyuinin rəhbərliyi altında hazırlanan «Red Bull Racing» komandasının yürüş avtomobilidir. «Renault RS27-2011» 2,4 litr mühərriki ilə təchiz edilib. Avtomobil 2,5
saniyə ərzində 100 kilometrədək sürət yığmağa malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR