Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub
# 16 iyun 2012 11:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Dünən paytaxtın Cavadxan küçəsində Elxan Bayramova məxsus “BMW X-5” markalı avtomobilin şüşəsini sındırma yolu ilə oğurluğa cəhd edən İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, S. Hümbətov iyunun 9-da A. Məhərrəmov küçəsində Lalə Məmmədovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırma yolu ilə oğurluğa cəhd edib, Seyidzadə küçəsində Yevlax rayon sakini Fəridə Hüseynzadəyə məxsus “MG-350” markalı avtomobildən eyni üsulla 400 manat oğurlayıb. İyunun 10-a keçən gecə isə Cavadxan küçəsində Səlim Əsgərova məxsus “Mersedes” markalı avtomobildən oğurluğa cəhd edib, iyunun 12-də 20 yanvar küçəsində Elşən Çobanzadəyə məxsus “Mersedes” markalı avtomobildən 570 manat, qiymət kitabçası və açar dəsti oğurlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR