Biləsuvarda baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb

Biləsuvarda baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb
# 16 iyun 2012 11:51 (UTC +04:00)
Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Biləsuvar rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, iyunun 15-də axşam saatlarında 1988-ci il təvəllüdlü E. Səlimovun idarə etdiyi “OPEL” markalı, 99 BP 851 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyləri ilə müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü və avtomobildəki sərnişin, 1992-ci il təvəllüdlü Günay Səlimova maşından çıxarılaraq Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR