Dünən Bakıda 4 bıçaqlanma hadisəsi baş verib

Dünən Bakıda 4 bıçaqlanma hadisəsi baş verib
# 16 iyun 2012 10:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İyunun 15-də Bakı şəhərinin müxtəlif ərazilərində 4 bıçaqlanma hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb.

Qətl hadisələrindən biri Səbail rayonunda olub. Burada şəhər sakinləri Eldar Məmmədov münaqişə zəminində Şəhriyar Məmmədovu bıçaqla qətlə yetirib. E. Məmmədov Səbail Rayon Polis İdarəsinin RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Həmin gün Binəqədi rayonunun Xocəsən qəsəbəsində, yeni yaşayış sahəsindəki evində Malik Əliyev qısqanclıq zəminində arvadı Simuzərə və onunla birgə olan Zaur adlı şəxsə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Zaur orada ölüb, Simuzərin vəziyyəti isə qənaətbəxşdir. M. Əliyev könüllü olaraq Polis Bölməsinə gedərək təslim olub.

Həmin gün saat 20.30 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsindəki 7 saylı Vərəm Dispanserinin həyətində, orada müalicədə olan Bakı şəhər sakinləri İbrahim İlyasov münaqişə zəminində Ağakərim Rüstəmova bıçaqla xəsarət yetirib. İ. İlyasov Xəzər Rayon Polis İdarəsinin RPİ 2-ci Polis Bölməsinin əməkdaşları tutulub.

İyunun 15-də Səbail rayonu ərazisində, Sumqayıt şəhər sakini Hikmət Abbasov münaqişə zəminində Bakı şəhər sakini Azər Bayramova bıçaqla xəsarət yetirib. H. Abbasov Səbail Rayon Polis İdarəsinin RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR