Azərbaycan paytaxtında piyadaların ölümü ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan paytaxtında piyadaların ölümü ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib
# 16 iyun 2012 10:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Dünən saat 13.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Hüseyn Quliyev "MMZ" markalı avtomaşını idarə edərkən yolu keçən Samirə Abdullayevanı vurub. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Həmin gün saat 07.00 radələrində Qaradağ rayonu ərazisində, Masallı rayon sakini Şakir Şükürov "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Sumqayıt şəhər sakini Nurəddin Məmmədovun idarə etdiyi "Hyundai-Tukson" markalı avtomaşına vurub və hər 2 avtomaşın aşıb. Nəticədə "Mercedes"in sürücüsü hadisə yerində ölüb, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilib.

Saat 23.50 radələrində isə Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Adil Abuşev "Lexus" markalı avtomaşını idarə edərkən 20-25 yaşlı oğlanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR