Masallıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 3 nəfər ağır yaralanıb - YENİLƏNİB

Masallıda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb, 3 nəfər ağır yaralanıb - <font color=red>YENİLƏNİB</font>
# 17 iyun 2012 10:36 (UTC +04:00)
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əbil Ariz oğlu Qocayevin idarə etdiyi "VAZ-2107" markalı, 90 MZ 048 dövlət nömrə nişanlı, Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Namiq Mayılxan oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı, 90 XH 713 dövlət nömrə nişanlı və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü İmanqulu Qardaş oğlu Allahyarovun idarə etdiyi "VAZ-2107" markalı, 90 MC 622 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlər - Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Bağır Qadir oğlu Məmmədov, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xəyal İlqar oğlu Rzayev və Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndər Rasim oğlu Əliyev hadisə yerində ölüblər.

Hər üç avtomobilin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR