Bakıda iki qardaş qətlə yetirilib

Bakıda iki qardaş qətlə yetirilib
# 18 iyun 2012 07:14 (UTC +04:00)
Hadisə iyunun 17-də saat 11 radələrində qeydə alınıb. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Heydər Əliyev adına parkda Cəbrayıl rayonunda anadan olmuş, 1962-ci il təvəllüdlü Sahib Seyidəliyev öz oğlu 1991-ci il təvəllüdlü Yasinlə birlikdə aralarında yaranmış münaqişə zəminində Nuriyev Mamed və Vəkil qardaşlarını bıçaqla qətlə yetiriblər.

Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.7-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR